Bu əməkdaşlığımızın inkişafına təkan verəcək

Hit: 859
Bu əməkdaşlığımızın inkişafına təkan verəcək
“Əlamətdar bir gündə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi tarixi hadisədir. 
 
Dövlət Başçılarımız tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə diasporunun, ümumilikdə Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası üçün yeni üfüqlər açır. Diasporlarımıza mənəvi ruh yüksəkliyi verən Bəyannamə bu sahədə milli prioritetləri müəyyənləşdirməklə yanaşı yeni yol xəritəsi kimi qarşımıza olduqca ciddi vəzifələr qoyur. Bu daha da məqsədyönlü və intensiv tərəfdaşlığımıza böyük töhfədir. Bu əməkdaşlığımızın inkişafına təkan verəcək. 
 
Məhz bu xüsusda diasporlarımızı təbrik edir və gələcək fəaliyyətimizdə bu proqram xarakterli sənədin mühüm əhəmiyyət daşıdığını qeyd etmək istəyirəm”.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
 
 








Redaktorun seçimi