Gözün aydın Azərbaycan, Gözün aydın Türkiyə!

Hit: 878
Gözün aydın Azərbaycan, Gözün aydın Türkiyə!
Bu gün işğaldan azad edilmiş doğma Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında "Müttəfiqlik haqqında" Şuşa bəyannaməsi imzalandı.
 
Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100  il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələr müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir.
 
Qurtuluş günü imzalanan bu sənəd yeni bir Dirilişin, yenidən "Doğuluş"un müjdəsidir.
 
Gözün aydın Azərbaycan, Gözün aydın Türkiyə!
 
Ankaradan Bakıyacan,
Dünyaya yenidən doğan
Canda nəfəs,damarda qan,
Turkiyə, Azərbaycan!!!
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
Sədri Bahar Muradova
 








Redaktorun seçimi