Azay Quliyev beynəlxalq missiyasının rəhbəri vəzifəsinə təyin olundu

Hit: 458
Azay Quliyev beynəlxalq missiyasının rəhbəri vəzifəsinə təyin olundu
Azay Quliyev Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib.
 
Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniya Respublikasında keçiriləcək parlament seçkilərini ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri qismində müşahidə etmək üçün aprelin 20-də bu ölkəyə səfər edəcək.
 
Azay Quliyev bu ilin martın 25-də ATƏT-in sədri və İsveç Krallığının Xarici işlər naziri Ann Linde tərəfindən 25 apreldə Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib. O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 130 yaxın beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.
 
ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Albaniyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.
 
Aprelin 25-də isə Azay Quliyev seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.
Aprelin 26-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev parlament seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək.
Səfər aprel ayının 27-i yekunlaşacaq.








Redaktorun seçimi