Üzərimə düşən öhdəlikləri bundan sonra da məsuliyyət və vicdanla həyata keçirməyə çalışacağam

Hit: 652
Üzərimə düşən öhdəlikləri bundan sonra da məsuliyyət və vicdanla həyata keçirməyə çalışacağam
“Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində ölkənin ictima-siyasi həyatında vacib rolunu oynamaqda davam edəcək”.
 
Faktor.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) yeni İdarə Heyətinə üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.
 
Milli Məclisin üzvi qeyd edib ki, YAP-ın qurultayının keçirilməsi ölkənin ictimai-siyasi həyatında vacib və əlamətdar hadisədir: “Əvvəlki İdarə Heyətindən fərqli olaraq bu dəfə üzvlərin sayı çoxdur. Əvvəl 20 nəfər ilə təmsil edilirdisə, indi 40 nəfərə qaldırıldı. Cənab Prezident ümumilikdə YAP-ın qarşısında duran bir çox vacib məqamlardan söz açdı, tapşırıq və istiqamətləri müəyyənləşdirdi. Artıq İdarə Heyətinin ölkənin ictimai-siyasi həyatında YAP-ın rolunu, payını daha da möhkəmləndirmək, xüsusilə gənclərlə iş sahəsində daha təsirli addımlar atmaq, realığa uyğun, çevik qərarların qəbul olunması istiqamətində çox vacib rolu olacaq. İşğal altında olan torpaqlarımız azad edildikdən sonra 6 siyasi partiyanın YAP-a qoşulması təqdirəlayiq qərardır. Qeyd edim ki, bundan sonra da bizim partiya üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində ölkənin ictima-siyasi həyatında vacib rolunu oynayacaqdır”.
 
C.Osmanov yeni təyinatı ilə bağlı təşəkkürünü bildirib: “Fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasının sədri, Cənab Prezident İlham Əliyevə mənə göstərdiyi böyük etimada görə dərin minnətdarlığımı bildirirəm. Üzərimə düşən öhdəlikləri bundan sonra da məsuliyyət və vicdanla həyata keçirməyə çalışacağam”.








Redaktorun seçimi