Qənirə Paşayeva tanınmış qazi paralimpiyaçılarla görüşüb

Hit: 344
Qənirə Paşayeva tanınmış qazi paralimpiyaçılarla görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qazilər - ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və Milli Paralimpiya Komitəsinin Boccia idman növü üzrə baş məşqçisi İlham Məhərrəmovla görüşüb.
 
Q.Paşayeva hər iki paralimpiyaçını cənab Prezidentin bugünlərdə imzaladığı Sərəncamla təltif olunmaları münasibəti ilə təbrik edib. Onların fiziki qüsurlu gənclərdə həyat eşqinin oyanması və güclənməsindəki aparcı rolunu xatırladan Q.Paşayeva, hər iki qazi idmançıya yeni uğurlar arzulayıb. Paralimpiyaçıların əslində, mübarizə mədəniyyətini nümayiş etdirdiyini xatırladan Komitə sədri, hər iki tanınmış idman xadiminin ictimaiyyət tərəfindən vətəncanlı insanlar, gənclərin yaxın dostu sayılan ziyalılar olaraq tanındığını minnətdarlıqla vurğulayıb.
 
Q.Paşayeva qazi paralimpiyaçılara üzərində "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı və Qarabağ motivli digər xatirə hədiyyələri təqdim edib.
İ.Zəkiyev və İ.Məhərrəmov səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
 
Görüşdə millət vəkili Ceyhun Məmmədov və RHİM İB sədri Arzu Bağırova iştirak edib.








Redaktorun seçimi