Bu Qələbəni, bu Zəfəri də kimsə bizdən ala, oğurlaya bilməz…

Hit: 434
Bu Qələbəni, bu Zəfəri də kimsə bizdən ala, oğurlaya bilməz…
Düz 29 il öncə , fevralın 25-dən 26-na keçən gecə 20-ci əsrin ən böyük faciəsi, ən böyük qətliamı yaşandı, soyqrımı aktı baş verdi…
İnsanlıqdan çıxmış, qandan bəslənmiş məkrli və murdar qonşularımız qanlı havadarlarının köməyi ilə azərbaycanlılara, Azərbaycan türklərinə, Xocalılara qarşı növbəti qətlam, növbəti soyqırımı, növbəti insanlıq dramı yaşatdılar, törətdilər…
20-ci əsrin əvvəllərində, xüsusilə, 1918-ci ilin martında yaşadılan, törədilən, faciələrin, soyqırımların ən dəhşətlisini-daha qəddarcasına, daha amansızcasına yaşatdılar…
 
Yenə də lal, kar, kor, laqeyd, biganə, etinasız dünyanın, bəşəriyyətin gözü qarşısında…
20-ci əsrin əvvəllərində necə susmuşdularsa, necə gözrməzdən gəlmişdilərsə, 20-ci ərsin sonlarında, 1992-ci ilin fevralında da eynisini təkrarladılar, yenə susdular, yenə lal, kar, kor oldular…
Gözləri qarşısında törədilən insanlıq dramını, vəhşəti, dəhşəti görməzdən gəldilər, insanlıq imtahanından yenə üzüqara çıxdılar, insanlığı öldürdülər…
Xocalı soyqırımı bir daha insanlığın üzqarası, insanlığın öldüyü, öldürüldüyü qətliam, soyqırımı, qanlı tarix, qanlı gecə oldu…
Yüzlərlə insan amansızcasına və qəddarcasına qətlə yetirildi, yüzlərlə insan yaralandı, şikəst, əlil edildi, yüzlərlə-mindən çox insan əsir-girov götürüldü, onlarla insan itkin düşdü, hələ də onlardan xəbər yoxdur…
Bəli, bunları insanlıq adına utanc olan ermənilər, kocaryanlar, sarkisyanlar, ohanyanlar, neçə-neçə qanlı “yan”lar, 366-cı motoatıcı alayın insanlıqdan kənar hərbçiləri… törətdilər…
Onlar yazdılar bu qanlı ssenarini, onlar həyata keçirdilər bu barbarlıq, vandallıq aktını, insanlıq dramını…
Təəssüflər və əfsuslar ki, hələ də arsızcasına, utanmazcasına…azad, sərbəst şəkildə gəzib-dolaşırlar, hələ də layiq olduqları və haqq etdikləri cəzalarını almayıblar, hələ də məşhər ayağına çəkilməyiblər, hələ də bunlar lal, kar, kor dünyanın gözü qarşısında yaşanır…
 
Amma və lakin…
 
Necə ki, 32 illik münaqişəni cəmi 44 günə həll etdik, Müzəffər Ali Baş Komandanımız və Müzəffər Ordumuzun sayəsində Qarabağımızı azad etdik, tarixi, möhtəşəm Qələbə, Zəfər qazandıq, bir gün və çox uzaq olmayan bir zamanda xalqımıza qarşı törədilən bütün faciələrin, bəlaların müəllifləri, icraçıları, təşkilatçıları olan əliqanlı, əlləri insanlarımızın qanına bulaşmış bütün “yan”ları, onların havadarlarını da haqq etdikləri yerlərdə əyləşdirəcəyik, onların da başını “Dəmir Yumruq”la əzəcəyik…
Bəli, bu günə kimi, çox olmazları, çox namümkünləri olar, mümkün etdik, bacardıq, bunu da mümkünləşdirəcək, bunu da bacaracağıq…
Xocalı soyqırımı daxil olmaqla, digər faciələrimizin də baiskarları, səbəbkarları, əliqanlı cinayətkar Haqq divanında əyləşdiriləcək, layiq olduqları cəzalarına çatdırılacaqlar!
Bəli, bu gün bütün Şəhidlərimizin, o cümlədən, Xocalı soyqırımı Şəhidlərinin, qurbanlarının narahat ruhları şaddır…
Torpaqlarımız, Qarabağımız, o cümlədən, Xocalımızın bir neçə kəndi işğaldan azad edilib, düşmən tapdağından qurtulub, üçrəngli bayrağımız Qarabağımızda ucaldılıb, dalğalandırılıb…
Bəli, biz Qalibik, biz Zəfər qazanmış ölkəyik, xalqıq…
Bu Qələbəni, bu Zəfəri də kimsə bizdən ala, oğurlaya bilməz…
Buna imkan vermirik, vermərik və verməyəcəyik!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!
Allah bir daha Şəhidlərimizə rəhmət etsin!

Millət vəkili
Eldəniz Səlimov







Redaktorun seçimi