Milli-etnik yaddaşımızı tamamilə yeniləməliyik

Hit: 733
Milli-etnik yaddaşımızı tamamilə yeniləməliyik
Ermənilər Cənubi Qafqaza köçürüldükləri ilk gündən məskunlaşdırıldıqları bütün ərazilərimizdə tarixi abidələrimizə və yer adlarımıza qarşı düşünülmüş və məqsədyönlü şəkildə saxtalaşdırma siyasəti həyata keçiriblər. Ona görə ki, gələcəkdə özlərini bu yerlərin sahibi kimi təqdim etməyə əsas yaratmaq fikrində idilər.
 
Beləliklə də tarixən bizə aid dini və mədəni abidələrimizin adlarını, toponim və etnonimlərimizi, hidronim və oykonimlərimizi ucdantutma dəyişməyə başladılar. İstər Zəngəzurda, istərsə İrəvan və Zəngibasarda istərsə də digər tarixi ərazilərimizdə müxtəlif metodlarla bunu sistemli şəkildə etdilər. Əgər metodlardan biri “qalka” üsulu ilə hərfi tərcümə idisə, digəri dilimizdə arxaikləşmiş və semantik mənasını itirmiş sözlərimizi tapıb bərpa edilməsi yolu idi. Bunda məqsəd axtarışlar zamanı tarixi mənbələrdə həmin sözlərə rast gəlinən zaman onun hayca olmasını iddia etməklə tarixi sübuta söykənmək idi.
 
Çox təssüf ki, bizim tarixçilər və elə həm də hamımız əksər hallrada onların bu tələsinə düşdük. Məsələn erməni sözü, ərməniyyə vilayəti türk və türkcə olduğu halda biz onların bu sözü öz “hay” xalqına ad kimi verməsinə mane ola bimədik . Ən böyük saxtakarlıq elə burdan başladı. Bu günə qədər də ermənilər öz dillərində özlərinə “hay” ölkələrinə isə “Hayastan” deyirlər.
 
Çünki onar “ərəmən” adının xristiyan qıpçakların adı olduğunu bütün Zəngəzur, İrəvan və digər ərazilərimizdə olan xiristiyan abidələrinin də əcdadımız olan qıpçaqlara aid olduğunu yaxşı bilirlər. Təsadüfi deyil ki  indi də Zəngəzurun Qafan rayonu ərazisində “Qıpçaqavəng” monasrtı və kilsəsi var. Qafan sözü də qaf-qafa kökündən yaranıb baş mənasını verir. An- isə arxaik türkcədə cəm şəkilçisidir. Elə Qaf-Qaz sözündə də sözün kökü Qaf - yəni baş yəni bir şeyin üzərində olan deməkdir. Məsələn biz qazanın üzərindəki örtməni qapaq adlandırırıq. Əslində isə bu sözün kökü də “qaf-paq” dan gəlir.
 
Yəni qazanın üstündə olan deməkdir. Bu şəkildə minlərlə ada izahat vermək olar. Ermənilərin toponimlırimizi ən son saxtalaşdırma cəhdlərini Qrabağın adını Arsak kimi dəyimək cəhdlərində gördük. Arsak, Kansak (Xansak –Gəncənin qədim adı, çar skifərin yurdu ) Sakatala –Sak talası, Balakən –Bala –Sak –an, Şəki –Saki , Sü –Sak -An – Sisakan yaxud indiki Sisiyan və.s kimi etnotoponilərimiz qədim əcdadlarımız olan sak-skif türkləri ilə bağlıdır. Milli etnogenzisimizin alt qatlarıdır. Heredot yazır ki , qədim zamanlarda bütün türklər sak hökümadrı Alp Ər Tunqanın rəhbərliyi altında birlikdə yaşayırdılar. Zəngəzur da etnotoponimdir. Zəngi tayfalrının adı ilə bağldlr. Azərbaycanda Zəngəzur, Zəngilan indi İrəvan ətrafında qalan Zəngibasar, İranda Zəncan və s yer adlarının hamısı bu qədim türk tayfasının adı ilə bağlıdır. Bəzi mənbələrdə zəngi etnonimi “sanki” şəklində qeyd olunur və biz bu formanı Sanki- al ( Sanqaçal ) adında görürük. Əslinədə elə zəngi adının daha düzgün ifadəsi ,,sanki ,,dir və ,,san ,, sözündən əmələ gəlib. Hazırda ,,san ,, sözü arxaikləşdiyinə görə biz onun mənasını bilmirik və ayrılıqda işlədildikdə bir məzmun ifadə etmədiyinə görə onu heç müstəqil leksik vahid də saymırıq.
 
Sadəcə ,,ad- san,, deyəndə işlədirik ancaq burada da sanın –rütbə , ictimai nüfuz , vəzifə mənasını ifadə etdiyini bilmirik .Zəngilr- Sankilər daima atlı qoşun saxlaya bildikərinə görə onlar xüsusi rütbəli hesab olunur və ,,Sanlılar – sankilər adlandırılırdılar. Onalrın tikdirdikləri qalalar ...Sangi – Sur ( sur- yəni qala divarları ) yəni Zəngəzur, qədim bazar ( əslində isə basar – yəni məğlub edər ) tayfaları ilə ittifaqları Zəngibasar, qurduqları yarımmüstəqil dövlət Sanki –il –an yəni Zəngilan ( İl-El sözü qədim türkcədə dövlət mənasını verirdi .Ona görə də ərəblər oğuzların qurduğu ilkin dövləti bəzən İl-Oquz –İl –Quz ,İş-Quz ,kimi yazırdılar.) adlanırdı. Ona görə də biz xalqımızın yeni dirçəliş mərhələsinə qədəm qoyduğu bu tarixi məqamda milli-etnik yaddaşımızı tamailə yeniləməli və ümumiyyətlə tariximiz yeni gerçəkçi konsepsiya əsaında yenidən yazmalıyıq.
 
Millət vəkili Hikmət Babaoğlu








Redaktorun seçimi