Prezident: Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir

Hit: 1203
Prezident: Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir
Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur.
 
Faktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində söyləyib.
 
Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzaladığını deyən dövlətimizin başçısı qeyd edib: “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir”.







Redaktorun seçimi