Ağsuda yol tikintisinə 17,4 milyon manat ayrılıb

Hit: 4615
Ağsuda yol tikintisinə 17,4 milyon manat ayrılıb
Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
 
Faktor.az-ın məlumatına görə, sərəncamla altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.








Redaktorun seçimi