Prezidentdən yeni təyinat

162 dəfə oxunub
Prezidentdən yeni təyinat

Rövşən Nəcəf Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

Faktor.az-ın APA-ya istinadən xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də sərəncam imzalayıb.

Təyinatla bağlı məlumat Maliyyə Monitorinqi Xidmətinin saytında rəhbərlik bölməsinə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl R. Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 3-cü dərəcəli dövlət müşaviridir.



Redaktorun seçimi