İlham Əliyev nazirlə bağlı SƏRƏNCAM İMZALADI

810 dəfə oxunub
İlham Əliyev nazirlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Faktor.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif edilsinlər:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Qarayev Əbülfəs Mürsəl oğlu

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədəliyeva Sevda Yusuf qızı

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Kərimov Anar Qabil oğlu

“Tərəqqi” medalı ilə

Abbəkirov Ramil Ələkbər oğlu

Axundov Tamerlan Məmmədbağır oğlu

Əliyev Rəşad Rahib oğlu

Həsənov Seymur Qadir oğlu

İbrahimova Xumar Asif qızı

Qəmbərova Təranə Əlikram qızı.



Redaktorun seçimi