Myanma və Sloveniya liderləri İlham Əliyevi təbrik etdilər

181 dəfə oxunub
Myanma və Sloveniya liderləri İlham Əliyevi təbrik etdilər

Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Faktor.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı-Respublika Günü münasibətilə Sizə Sloveniya xalqı adından və şəxsən öz adımdan ölkənizin hərtərəfli inkişafı və rifahı ilə bağlı ən xoş arzularımı, həmçinin səmimi təbriklərimi çatdırım.

Mən tam əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bizim qarşılıqlı maraqlarımız naminə gələcəkdə daha da inkişaf edəcək, güclənəcək və beləliklə dünyada sülhün, sabitliyin və anlaşmanın möhkəmlənməsinə töhfə verəcəkdir.

Möhtərəm cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız-Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".



Redaktorun seçimi