Prezidentə müraciət edən jurnalist mənzillə təmin edildi

254 dəfə oxunub
Prezidentə müraciət edən jurnalist mənzillə təmin edildi

Prezident İlham Əliyevə ev problemi ilə bağlı müraciət edən “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin edilib.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi məlumat verib.

B.Həzi bu barədə sosial şəbəkə hesabında bunları qeyd edib:

“İş yoldaşımız, tanınan, çalışqan, fədakar jurnalistlərdən biri olan Ramid İbrahimovun ölkə Prezidentinə müraciəti müsbət nəticə verdi. Bu gün Ramidi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə dəvət etdilər və ona “Qobu Park”da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildirdilər. Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb. Bu yaxınlada ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər. Ramid özü də, həyat yoldaşı da Bakı şəhərində işləyirlər və kirayədə yaşayırlar. Çox çətinlik çəkirdilər. Müraciətə müsbət cavab verdiyi, gənc ailənin probleminə həssaslıq göstərdiyi üçün Prezident İlham Əliyevə kollektivimiz adından təşəkkür edirəm. Müvafiq qurumların rəhbərlərinə və bizə dəstək göstərmiş bütün həmkar dostlara - dəyərli media quruluşlarına, zəhməti keçən bütün jurnalistlərə təşəkkür edirəm. Ramidi və ailəsini isə ürəkdən təbrik edirəm!”



Redaktorun seçimi