İlham Əliyev idmançılara pul mükafatı verdi

76 dəfə oxunub
İlham Əliyev idmançılara pul mükafatı verdi

Prezident İlham Əliyev İtaliyanın Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb.

 

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançı 50 min manat, onun şəxsi məşqçisi 25 min manat, ikinci yeri tutan hər bir idmançı 30 min manat, onun şəxsi məşqçisi 15 min manat, üçüncü yeri tutan hər bir idmançı 20 min manat, onun şəxsi məşqçisi 10 min manat, komandanın baş məşqçisi  idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafatlanacaq.



Redaktorun seçimi