İsbi Babaxanova fəxri ad verildi

114 dəfə oxunub
İsbi Babaxanova fəxri ad verildi

Prezident İlham Əliyev İsbi Salman oğlu Babaxanova fəxri adın verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə İsbi Salman oğlu Babaxanova “Əməkdar həkim” fəxri adı verilib.

Xatırladaq ki, İ.Babaxanov Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının rəisidir. 

 



Redaktorun seçimi