Gözdən əlilliyi olan şəxslər üçün bina tikiləcək - SƏRƏNCAM

59 dəfə oxunub
Gözdən əlilliyi olan şəxslər üçün bina tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üç yüz min manat vəsait ayrılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

 



Redaktorun seçimi