Prezident Maqsud Məmmədovu təltif etdi

44 dəfə oxunub
Prezident Maqsud Məmmədovu təltif etdi

Prezident İlham Əliyev Maqsud Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Maqsud Məmmədov 30 may 1929-cu ildə Gəncədə doğulub. Rəqslə erkən yaşlarından məşğul olub. Moskva Xoreoqrafiya Məktəbini bitirdikdən sonra 1951-1961-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti işləyib.

 

O, 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1970-ci il mayın 21-də xalq artisti fəxri adlarına layiq görülüb.

Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib.

Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindəki Fərhad rolu Maqsud Məmmədovun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında qalib olub.

Mayın 30-da onun 89 yaşı tamam olur.

 

 



Redaktorun seçimi