İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı

Hit: 335
İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. 

Sənədə əsasən, Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq, Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyi Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla tədbirlər planını hazırlayacaq. 

Qeyd edək ki, Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır.

Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilib, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapıb.

Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf edib.









Redaktorun seçimi