Prezident icra başçısını təltif etdi

Hit: 400
Prezident icra başçısını təltif etdi

Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Taleh Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır. O, 2012-ci ilin 14 aprelindən bu vəzifəni icra edir. 

Mayın 20-də onun 60 yaşı tamam olacaq. 

 

 









Redaktorun seçimi