Prezident bu qanuna dəyişiklik etdi

Hit: 255
Prezident bu qanuna dəyişiklik etdi

Prezident İlham Əliyev “Kitabxana işi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən, kitabxana fondunun tərkibinə elektron və digər materiallar da daxil ediləcək.

Sənədə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanasına 3 pulsuz məcburi nüsxəsini; profilinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanalarına 2 pulsuz məcburi nüsxəsini göndərməlidirlər.

 

Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsini bu maddənin birinci hissəsində göstərilmiş kitabxanalara göndərməlidirlər.

Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda bu maddədə müəyyən edilmiş məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilir.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən onların elektron variantları ilə) təchizatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.

 

 

 








Redaktorun seçimi