Azərbaycan Prezidenti Yeni Zelandiyanın baş nazirinə başsağlığı verib

Hit: 247
Azərbaycan Prezidenti Yeni Zelandiyanın baş nazirinə başsağlığı verib

Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Zati-aliləri xanım Casinda Ardernə başsağlığı verib.

Faktor.az xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli xanım Baş nazir,

Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.









Redaktorun seçimi