Prezidentdən Sumqayıtda məskunlaşan məcburi köçkünlərə ŞAD XƏBƏR

Hit: 658
Prezidentdən Sumqayıtda məskunlaşan məcburi köçkünlərə ŞAD XƏBƏR

"Sumqayıtda məskunlaşan bütün məcburi köçkün ailələri tədricən yeni evlərə köçürüləcək".

Faktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində dənizkənarı bulvarda şəhər sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı Sumqayıt təhsil müəssisələrinin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və tələbələrin orada yerləşdirilməsi məsələsinin həll ediləcəyini bildirib:

"Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq".

İlham Əliyev qeyd edib ki, həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək.









Redaktorun seçimi