5 gün dərs olmayacaq - RƏSMİ

Hit: 315
5 gün dərs olmayacaq - RƏSMİ
Bu həftə Azərbaycanın orta məktəblərində qış tətili başlayır.
 
Faktor.az xəbər verir ki, 2018-2019-cu dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək.
 
Tətil yanvarın 31-dək davam edəcək. Fevralın 1-də dərs olacaq.
 
Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.
 
Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.








Redaktorun seçimi