Prezident İlham Əliyev ləğvə başladı - Hansı Nazirliklər, komitələr ləğv edilir? - FOTOLAR

Hit: 852
Prezident İlham Əliyev ləğvə başladı - Hansı Nazirliklər, komitələr ləğv edilir? - FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanlar imzalayıb. Prezident fərmanına əsasən, Azərbaycanda bir sıra qurumlar ləğv edilərək ümumi ad altında birləşdirilir. 

Mövcud vəziyyətlə bağlı iqtisadçı - ekspert Pərviz Heydərov Faktor.az - a açıqlama verib:

"Dövlət başçımızın fərmanı ilə bir sıra büdcə qurumları ləğv olundu. Bunu struktur islahatlarının növbəti dalğası kimi qiymətləndirmək olar. Sözügedən dalğanın daha hansı qurumları "vuracağı" bəlli deyil. Düzdür, bu, müəyyən bir qrup vətəndaşın işsiz qalması ilə nəticələnəcək. Lakin potensiallı kadrların tezliklə digər qurumlarda iş tapacaqları şübhə doğurmur. Struktur islahatları olduqca vacib tədbirdir. Ümumiyyətlə, bütün sahələrdə və istiqamətlər üzrə idarəçilikdə paralelçilikdən, formallıqdan və mürəkkəblikdən qurtulmaq lazımdır. Bu, dövlət büdcəsindən maliyyələşdirmədə effektliyi və səmərəliliyi artırmaq - genişləndirmək üçün olduqca zəruri sayılır".









Redaktorun seçimi