Elektrik enerjisi ilə bağlı VACİB SƏRƏNCAM - Prezident 30 milyon manat ayırdı

Hit: 328
Elektrik enerjisi ilə bağlı VACİB SƏRƏNCAM - Prezident 30 milyon manat ayırdı

Prezident İlham Əliyev Elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Faktor.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.









Redaktorun seçimi