Prezident İlham Əliyev Tailand kralını təbrik edib

126 dəfə oxunub
Prezident İlham Əliyev Tailand kralını təbrik edib

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim sülh və rifah arzulayıram".



Redaktorun seçimi