Prezident İlham Əliyev Laosun dövlət başçısını təbrik edib

135 dəfə oxunub
Prezident İlham Əliyev Laosun dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitə təbrik məktubu göndərib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".



Redaktorun seçimi