Prezident İlham Əliyev Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

668 dəfə oxunub
Prezident İlham Əliyev Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama görə, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Gömrük Komitəsinin sədri;

Kollegiyanın üzvləri:

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;
Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;
Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;
Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;
Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;
Bakı Baş Gömrük İdarəsinin rəisi;
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Redaktorun seçimi