Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

Hit: 322
Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.

Faktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - İnqilab Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.









Redaktorun seçimi