Prezident fərman imzaladı

115 dəfə oxunub
Prezident fərman imzaladı

Prezident İlham Əliyev Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında fərman imzalayıb.

Faktor.az xəbər verir ki, fərmanda deyilir:

"Azərbayсan Respublikası Konstitusiyasının 109-сu maddəsinin 32-сi bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri" təsdiq edilsin (əlavə olunur).

3. "Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsviri" təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamənin və onun təsvirinin layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. "Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağı haqqında" Əsasnamənin və "Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağının təsviri"nin təsdiq edilməsi barədə" Azərbayсan Respublikası Prezidentinin 2004-сü il 14 yanvar tarixli 14 nömrəli Fərmanı (Azərbayсan Respublikasının Qanunveriсilik Toplusu, 2004, № 1, maddə 20, № 4, maddə 229) ləğv edilsin".



Redaktorun seçimi