Parlamentin 100 illiyi ilə bağlı tədbir keçiriləcək

Hit: 856
Parlamentin 100 illiyi ilə bağlı tədbir keçiriləcək

Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı sentyabrın 21-də keçiriləcək təntənəli iclasa parlament sədrləri, müavinləri səviyyəsində qatılacaq ölkələrin adları açıqlanıb.

Milli Məclisin Mətbuat katibi Akif Təvəkküloğlu “Report”a açıqlamasında deyib ki, təntənəli iclasda Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan parlament sədrləri səviyyəsində təmsil olunacaq: “Əlavə bir neçə ölkə də var ki, onların da sədr səviyyəsində tədbirə qatılması gözlənilir. Yubiley tədbirinə Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın isə parlament sədrlərinin müavinləri qatılacaqlar”.

 

Milli Məclisin Mətbuat katibi Akif Təvəkküloğlu

A.Təvəkküloğlu qeyd edib ki, təntənəli iclasa ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri qatılacaq.

Xatırladaq ki, tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq. Bundan əlavə, 40-a yaxın ölkənin nümayəndəsinin də yubiley tədbirində iştirakı nəzərdə tutulur.









Redaktorun seçimi