İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib

Hit: 341
İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı Şamaxıya səfəri çərçivəsində Meysəri kəndindədəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak edib.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İsmayıllı rayonuna səfəri çərçivəsində Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun, Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının, yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının və Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.









Redaktorun seçimi