İlham Əliyev aprel döyüşlərindən danışdı

Hit: 746
İlham Əliyev aprel döyüşlərindən danışdı

"Ermənistanda xunta rejimin çökməsində Azərbaycanın da siyasəti mühüm rol oynayıb. Aprel döyüşləri onların çürümüş sütunlarına zərbə durdu, ondan sonra xunta rejimi uçuruma getdi. Apreldə 4 günlük döyüşdə Azərbaycan Ordusunun qüdrəti nümayiş olundu".

Faktor.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bildirib.

Prezident qeyd edib ki, bu siyasət davam etdiriləcək.

"Beynəlxalq və siyasi müstəvidə təşkilatlar bizi dəstəkləyir. Azərbaycan və Ermənistan arasında iqtisadi sahədə böyük fərq, uçurum var. Hərbi sahədə də iyun ayında keçirdiyimiz parad göstərdi ki, kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edir və edəcəyik. Ermənistan rəhbərliyi bilməlidir ki, torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır", - deyə o vurğulayıb.









Redaktorun seçimi