Prezident İlham Əliyev Fransaya rəsmi səfərə getdi

Hit: 509
Prezident İlham Əliyev Fransaya rəsmi səfərə getdi

Səfər çərçivəsində Azərbaycan prezidenti fransalı həmkarı Emmanuel Makronla ilk dəfə görüşəcək; Minsk Qrupunun həmsədr ölkəsi ilə əsas müzakirə Qarabağ problemi olacaq

Prezident İlham Əliyev iyulun 19-da Fransaya rəsmi səfər edib. Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib ki, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Emmanuel Makron arasında ilk rəsmi görüş olacaq. Səfir bildirib ki, bu görüş iki ölkə arasında tərəfdaşlığın mükəmməlliyini, ikitərəfli siyasi münasibətlərin gücünü nümayiş etdirməyə, o cümlədən Fransanın Minsk Qrupunda fəallığını bir daha təsdiqləməyə imkan verəcək.

Qeyd edək ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün sülh danışıqlarında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir, həmçinin Avropa İttifaqında mühüm dövlətlərdəndir. Bu dövlətə Azərbaycan prezidentinin rəsmi səfərinin ölkəmiz üçün ciddi əhəmiyyəti var.

Bu barədə danışan deputat Elman Nəsirov qeyd etdi ki, Fransa ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını hələ mərhum prezident Heydər Əliyev bir sıra addımları ilə ortaya qoymuşdu. İndi bu ənənəni prezident İlham Əliyev davam etdirir: “Azərbaycan-Fransa münasibətləri kifayət qədər inkişaf etmiş münasibətlərdir. Bu münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Heydər Əliyev 1993-cü ilin oktyabr ayında prezident seçildikdən sonra ilk rəsmi səfəri 1993-cü ilin dekabrında məhz Fransaya olmuşdu. Ulu öndər çox strateji bir addım atmışdı. Çünki o zaman Fransanın iki nəhəng enerji şirkətinin Azərbaycan neftinin istismarına nail olunmuşdu. Fransa Azərbaycana investisiya qoymuşdu. Yəni hələ ulu öndər Heydər Əliyev Fransanın Azərbaycan üçün necə əhəmiyyətli dövlət olduğunu gözəl bilirdi. Cənab İlham Əliyev də Heydər Əliyevin müəyyən etdiyi kursu çox sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir.

Elman Nəsirov ile ilgili görsel sonucu

Beləliklə də bu gün Azərbaycan-Fransa münasibətləri bir çox istiqamətlər üzrə-həm siyasi dialoq, həm iqtisadi, ticarət, həm humanitar sahələrdə kifayət qədər inkişaf edir. Azərbaycanda Fransa universiteti fəaliyyət göstərir. Təbii ki, Fransa ilə münasibətlərimizdə ən mühüm amil Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Fransanın Minsk Qrupunun həmsədri olmasıdır. Cənab prezidentin Fransaya səfəri ilk növbədə münaqişənin tənzimlənməsi prosesində Fransanın yeni rəhbərliyinin daha çevik, daha məhsuldar siyasət həyata keçirməsinə nail olmaqdır. Danışıqlar prosesində Fransanın daha fəal rol oynaması təbii ki, hər halda, diqqət mərkəzində saxlanılacaq”.

Deputat bildirdi ki, Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə çox böyük dəstək verdiyinin Fransa çox gözəl fərqindədir. Bu nöqteyi-nəzərdən Azərbaycan-Fransa danışıqlarında heç şübhəsiz ki, regional, qlobal təhlükəsizlik məsələləri, xüsusilə də enerji təhlükəsizliyi məsələləri diqqət mərkəzində olacaq: “Fransa dərk edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında çox mühüm rol oynayır. Azərbaycan bu gün Avropa üçün yeni alternativ mənbəyidir. Bu nöqteyi-nəzərdən Cənub Qaz Dəhlizi layihəsini xüsusi vurğulamaq istərdim. Artıq bu layihənin üç komponenti üzrə işlər yekunlaşıb. Yeganə qalan TAP-dır ki, onun da reallaşması istiqamətində çox ciddi işlər gedir. Hesab edirəm ki, İlham Əliyev-Emanuel Makron danışıqlarında bu məsələlər də xüsusi diqqət mərkəzində olacaq.

Eyni zamanda hesab edirəm ki, humanitar sahədə, təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə mövzusu olacaq. Bir sözlə, düşünürəm ki, Fransa ilə danışıqlar üçün kifayət qədər mövzular var. İndidən söyləmək mümkündür ki, Azərbaycan prezidentinin Fransaya səfəri kifayət qədər böyük əhəmiyyət kəsb edən səfər olacaq". YM.









Redaktorun seçimi