Ərdoğanın ilk səfəri Azərbaycan və Kiprə olacaq

Hit: 380
Ərdoğanın ilk səfəri Azərbaycan və Kiprə olacaq

Türkiyədə iyunun 24-də keçirilən seçkilərdən sonra prezident idarəetmə sisteminə keçilib.

Faktor.az xəbər verir ki, seçkidə qalib olan Rəcəb Tayyib Ərdoğanın ilk səfəri Azərbaycan və Şimali Kiprə olacaq. Ərdoğanın andiçmə mərasimindən sonra iyulun 10-da hər iki ölkəyə səfəri başlayacaq. 

Türkiyə prezidenti seçkidən əvvəl verdiyi açıqlamada "Prezident seçiləndən sonra ilk xarici səfərim Azərbaycana olmuşdu. İnşallah 24 iyundan sonra da ilk səfərimi yenə Azərbaycana edəcəm" demişdi.

Banu









Redaktorun seçimi