Azərbaycan və erməni pilotların fərqi - VİDEO

Hit: 423
Azərbaycan və erməni pilotların fərqi - VİDEO

Bu gün İrəvanda erməni pilotların hava qüvvələrinin 26-cı ildönümü ilə bağlı bayram uçuşunun görüntüsünün paylaşılması 26 iyunda Bakıda keçirilən paradda Azərbaycan-Türkiyə pilotlarının göstərdiyi şounun möhtəşəmliyini bir daha üzə çıxarır.

Faktor.az xəbər verir ki, erməni pilotların təcrübəsizliyini anlayan Ermənistan KİV bu bayram uçuşunu cəmi bir dəqiqə ilə məhdudlaşdırıb. Yalnız birgə uçuş həyata keçirən və heç bir çətin pilotajlıq nümayiş etdirməyən erməni pilotların adi birgə uçuşda da məsafəni qoruya bilmədiyi aydın görünür.

Eyni zamanda, əhalinin izləməsi də diqqət çəkib. Bu uçuşu cəmi bir neçə şəxsin izlədiyi görünməkdədir ki, bu da əhalinin orduya münasibəti baxımından nəzərdən yayına bilməz.

Yüzminlərlə Azərbaycan vətəndaşının Azadlıq meydanında 26 iyunda canlı olaraq izlədiyi paraddakı Azərbaycan pilotları isə dünyada nadir hallarda, ən peşəkar pilotların icra etdiyi “salto”nu ilk dəfə olaraq hərbi-döyüş təyyarəsi ilə yerinə yetirdilər. Həmçinin Türkiyə və Azərbaycan şahinlərinin birgə göstərdikləri, son dərəcə nizam-intizamlı və heyrətamiz şou dünya hərbi ekspertlərinin hələ də diqqət mərkəzindədir.









Redaktorun seçimi