İlham Əliyev Dövlət Komissiyasının tərkibini təsdiqlədi

Hit: 357
İlham Əliyev Dövlət Komissiyasının tərkibini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Faktor.az xəbər verir ki, sərəncama əsasən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri

Energetika nazirinin müavini

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Fövqəladə hallar nazirinin müavini

Gənclər və idman nazirinin müavini

Xarici işlər nazirinin müavini

Kənd təsərrüfatı nazirinin müavini

Mədəniyyət nazirinin müavini

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Səhiyyə nazirinin müavini

Təhsil nazirinin müavini

Dövlət Turizm Agentliyinin sədri

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Dövlət Sərhəd Xidməti rəisinin müavini

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərməlidir. 









Redaktorun seçimi