Volodin Azərbaycanda rəsmi səfərdədir

Hit: 360
Volodin Azərbaycanda rəsmi səfərdədir

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və rəhbərlik etdiyi nümayəndə heyəti bu gün və sabah Azərbaycanda rəsmi səfərdə olacaq.

Faktor.az xəbər verir ki, səfər çərçivəsində prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçiriləcək. Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişafı, ticari-iqtisadi əməkdaşlıq məsələləri, qanunvericiliyin uyğunlaşdırılması müzakirə ediləcək.

Bundan başqa, ikitərəfli parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələləri də gündəmdə olacaq. 









Redaktorun seçimi