Preziden sərəncam verdi - Vəzifəsi təsdiqləndi

271 dəfə oxunub
Preziden sərəncam verdi - Vəzifəsi təsdiqləndi

Prezident İlham Əliyev A.A.Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Faktor.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilib.

***

İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Cəlilova Şölə Lətif qızı

Əliyeva Nailə Ənvər qızı

Əsgərov Şəmsi Məmmədəli oğlu

Əsgərzadə Əfqan Ələsgər oğlu

Həsənova Sara İman qızı

Hüseynova Zəhra Məmmədəli qızı

İsayev Cəlal Paşa oğlu

İsgəndərova Tərifə Cəbrayıl qızı

İsmayılova Mahirə Kamil qızı

Qasımov Elviz İsmayıl oğlu

Məcidova Məsməxanım Abbas qızı

Məmmədov Cabir İsrafil oğlu

Məmmədov Ceyhun Yusuf oğlu

Mir-Hüseynov Elçin Oqtay oğlu

Nağıyev Yusif Qədir oğlu

Nəsrullayeva Sevda Nəsrulla qızı

Şərifova Leyla Rauf qızı

Yusifova Sevinc İsaq qızı

Yusifova Şəfəq Süleyman qızı

Zahidov Telman Zahid oğlu

“Əməkdar müəllim”

Əliyeva Rüxsara Həmdulla qızı

Qasımova Sürəyya Məsim qızı

Muradova Cəmilə Aydın qızı

Zeynalova Səidə Qaraş qızı

“Əməkdar tibb işçisi”

Əhmədova Şəmsiyat Həmid qızı

Əsgərova Zahirə Qədir qızı

Quliyeva Samirə Əlibaba qızı

Məmmədov Səmirağa Nəsrəddin oğlu

Məmmədova Tərbiyə Qurban qızı

Rzayev Xanbala Məhərrəm oğlu

Zeynalova Surayyə Abdulla qızı.

***

İlham ƏliyevAzərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdullayev Akif Kərəm oğlu

Abdullayev Rakif Misir oğlu

Abdullayeva Afaq İsrafil qızı

Babayev Fariz Hənifə oğlu

Əhmədova Leyla Məhəmmədəli qızı

Əliyev Cahangir Məmməd oğlu

Qasımova Sevil Məmməd qızı

Mikayılov Hüseyn Əli oğlu

Rüstəmbəyov Rüstəm Baxış oğlu

Şahmuradova Müşgünaz Gəray qızı

Verdiyev İsrail Məmmədağa oğlu

Zeynalov Rasim Səttar oğlu.

***

İlham Əliyev Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının igid övladı Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alınır:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayında Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi tamam olur.


loading...
loading...

Redaktorun seçimi