Laçının Bozlu kəndi erməni uşaqlara təhsil verir - VİDEO

Hit: 2026
Laçının Bozlu kəndi erməni uşaqlara təhsil verir - VİDEO

İşğal altındakı Laçın rayonunun Noşatak adlandırılan Bozlu kəndindən yeni videogörüntülər yayılıb.

Faktor.az xəbər verir ki, erməni jurnalistlərin yaydığı reportajda əsasən, bu qədim Azərbaycan kəndinin məktəb binasında təhsil alan erməni müəllim və şagirdlərdən bəhs olunur. Məktəb binasının son 26 il ərzində əsaslı şəkildə təmir olunmadığı görünsə də, yamyaşıl yaz mənzərəsinə bürünmüş dağ kəndində təmiz havada yaşayan erməni uşaqların şən əhval-ruhiyyədə olduğu görünür.

Bozlu kəndi Həkəri çayının Minkənd qolunun axarı istiqamətində, rayon mərkəzindən 38–40 km məsafədə, dəniz səviyyəsindən 1500-1510 metr yüksəklikdə məhsuldar və münbit vadidə yerləşir. Laçın–Minkənd yolu kəndin ortasından keçərək kəndi iki hissəyə ayırır. Tarixi baxımdan Bozlu kəndinin ərazisi tam tədqiq edilməsə də bu ərazidə albanlara aid daş fiqurların çoxluğu, orta əsrlərə aid su dəyirmanının mövcudluğu və qədim alban kilsəsi, coxsaylı qədim yaşayış məskənləri olmuş mağaralar diqqət çəkir. Bu kənd Mirik, Kamallı, Çıraqlı və Əhmədli kəndləri ilə əhatələnmişdir.

Hazırda bu kəndin əhalisi 277 ailədən və 992 sakindən ibarətdir. Respublikanin 30 yaxın inzibati ərazisində, 20-yə yaxın rayonda məskunlaşmış kənd sakinləri məcburi köckün həyatı yaşayır. Əsas məskunlaşma Bakı-Sumqayıt ərazisində Masazir, Saray və Ceyranbatan qəsəbələrindədir.









Redaktorun seçimi