Liberman Bakıdan imtina etdi - İnanılmaz səbəb

124 dəfə oxunub
Liberman Bakıdan imtina etdi - İnanılmaz səbəb

İsrailin Müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfərinin ləğv etməsinin səbəbi bəlli olub.

Faktor.az xəbər verir ki, bu məlumatı İsrail politoloqu Arye Qut verib.

"Cənubi Qafqaz regionuna baxanda Azərbaycanın çox çətin geosiyasi vəziyyətdə olduğu görünür. Burada qeyri-müəyyən geosiyasi aktorlar olan Rusiya, Türkiyə və İran Azərbaycanı əhatələyib. Cənubi Qafqazın çətin geosiyasi labirintinə rəğmən Azərbaycan uğurla özünün çoxyönlü xarici siyasətini icra edir.

26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd ediləcək. Azərbaycan hökumətinin dəvətliləri sırasında İsrail müdafiə naziri də yer alırdı. Lakin buradakı hərbi parada İran Müdafiə naziri Əmir Hatəminin də dəvətini bildikdən sonra Liberman bu səfərini ləğv etdi. Düşünürəm ki, Azərbaycanda Libermanın səfərini ləğv etməsini anlayışla qarşılayacaqlar”, – deyə o bildirib.


loading...
loading...

Redaktorun seçimi