Əfqanıstan XİN müavini Bakıdadır

146 dəfə oxunub
Əfqanıstan XİN müavini Bakıdadır
Xarici işlər nazirinin müavini Ramiz Həsənov Əfqanıstan İslam Respublikası xarici işlər nazirinin müavini Nəsir Əhməd Andişanı qəbul edib.
 
XİN-dən verilən məlumata görə, Azərbaycana rəsmi şəxs qismində ilk dəfə gəldiyini deyən qonaq ölkəmizə səfərindən məmnun olduğunu söyləyərək, iki xalq arasında qədim tarixi köklər və mədəni bağlılıqlar üzərində qurulan xoş münasibətlərin mövcudluğunu vurğulayıb. 

O, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlu təcrübə ilə bilavasitə tanış olmaq və bu gün yüksək səviyyədə olan siyasi müstəvidəki münasibətlərlə yanaşı, ikitərəfli əməkdaşlığındigər sahələrdə də inkişaf etdirməsinin perspektivləri üzərində fikir mübadiləsi aparmaq niyyətində olduğunu bildirib.

N.Ə.Andişa “Asiya qəlbi” prosesi çərçivəsində və Əfqanıstandakı sülhməramlı əməliyyatlar, eləcə də təmsil etdiyi ölkədəsabitliyinin təmin edilməsində Azərbaycanın oynadığı vacib rolu böyük məmnuniyyətlə qeyd edib. Əfqanlı həmsöhbət onun ölkəsinin həmişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycana dəstək göstərdiyini və beynəlxalq təşkilatlarda ənənəvi əsasda bu prinsipial mövqe nümayiş etdirdiyini xüsusilə önə çəkib.

Nazir müavini Ramiz Həsənov iki ölkə arasında dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində təmasların daimi əsasda saxlanıldığını, ümumiyyətlə siyasi sahədə münasibətlərin qarşılıqlı anlaşma şəraitində uğurla inkişaf etdiyini söyləyib. Bununla yanaşı, ticari-iqtisadi, mədəni, elm və təhsil sahələrində ikitərəfli əməkdasşlıq potensialından daha geniş istifadə edilməsinin faydalı ola biləcəyindən bəhs edilib.

Həmin mənada Əfqanıstan tərəfinin diqqəti Azərbaycanın gerçəkləşdirdiyi nəhəng regional layihələrə cəlb edilib. Vurğulanıb ki, 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Uzaq Şərq, Mərkəzi Asiya, o cümlədən Əfqanıstanı Avropa ilə birləşdirən ən qısa və münasib yoldur. Bu layihənin, əvvəl yerinə yetirilmiş Bakı-Tbilisi-Ceyhan və digər infrastruktur təşəbbüslərimiz kimi, nəinki təkcə Azərbaycan, bütün qonşu bölgələrə də böyük səmərə gətirəcəyi bildirilib.

Bu gün üçün iki dövlət arasında 11 imzalanmış sənədin mövcud olması bildirilərək, həmin normativ-hüquqi bazadan daha səmərəli şəkildə istifadə edilməsinin vacibliyi vurğulanıb. Parlamentlərarası dostluq qrupları, mədəniyyət və təhsil sahəsindəmüvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edilib.

Səmimi şəraitdə keçən görüşün yekunlarına dair tərəflər Azərbaycan-Əfqanıstan münasibətlərində əldə edilmiş zəminə əsasən, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin aparılacağından əminlik ifadə ediblər. 


loading...
loading...

Redaktorun seçimi