Erməni spikerdən biabırçı iddia - "Qarabağ Azərbaycanın tərkib hissəsi deyil"

Hit: 681
Erməni spikerdən biabırçı iddia - "Qarabağ Azərbaycanın tərkib hissəsi deyil"

Ermənistan parlamentinin sədri Ara Babloyan İrəvanda Fransa Nümayəndələr Palatasının deputatı Cek Marilosyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Faktor.az erməni KİV-nə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi iki ölkə arasındakı münaqişənin nizamlanmasında üzərində götürdüyü öhdəlikləri yerinə yetirdiyini deyən erməni spiker daha bir biabırçı iddia səsləndirib. O, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının Ermənistan üçün müzakirə mövzusu olmadığını dilə gətirib.

“Bizim üçün Ermənistan və Qarabağın təhlükəsizliyi, iqtisadiyyatının davamlı inkişafı, xalqın rifahının təminatı və demokratiyanın inkişaf etdirilməsi daha önəmlidir. Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz".

Banu//Faktor.a









Redaktorun seçimi