Prezident zəhərlənmə ilə bağlı göstəriş verdi - Kimlər icra etmir?

Hit: 518
Prezident zəhərlənmə ilə bağlı göstəriş verdi - Kimlər icra etmir?

İyunun 19-da İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə bu sahədəki vəziyyətin ürəkaçan olmadığından xəbər verir.

Faktor.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib.

BAXCP funksioneri iyunun 10-da Saatlı rayonundakı pambıq tarlalarının birində baş verən kütləvi zəhərlənmədən sonra dövlət başçısının gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verdiyini xatırladıb:

“Lakin buna baxmayaraq, lazımi tədbirlər görülmədi və kütləvi zəhərlənmə faktı yenidən, həm də iki dəfə - Tərtər və İmişlidə təkrarlandı. Bu isə cavabdeh qurumların öz işlərinə səhlənkar yanaşdığının, vəzifələrinin və verilən tapşırıqların öhdəsindən gələ bilmədiklərinin göstəricisidir. Hesab edirik ki, mövcud vəziyyət ciddi şəkildə nəzarətə götürülməli, vəzifə səlahiyyətlərinin icrasında səhlənkarlığa və məsuliyyətsizliyə yol vermiş şəxslər cəzalandırılmalı, bu kimi hadisələrin təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görülməli, pambıq tarlalarında ilkin tibbi yardım və istirahət üçün şərait yaradılmalıdır”.

İyunun 11-dən bu vaxta qədər Saatlı, Tərtər və İmişli rayonlarındakı pambıq tarlalarında kütləvi zəhərlənmələr olub. İmişlidəki zəhərlənmə isə 141 nəfəri əhatə etməklə, daha genişmiqyaslı sayılır.









Redaktorun seçimi