Əsədov və Kim Çenin Çin səfəri başladı

Hit: 768
Əsədov və Kim Çenin Çin səfəri başladı

Şimali Koreya lideri Kim Çen İn Çinə 2 günlük səfərə gedib.

Faktor.az xəbər verir ki, bu barədə məlumatı Çin mətbuatı yayıb. Məlumata görə, Kim Çenin qaldığı məkanın ətrafında təhlükəsizlik məqsədi ilə çox sayda polis və zirehli maşınlar var. Kim Çenin ölkə başçısı Si Szinpinlə görüşəcəyi bildirilir.

Bu arada, Milli Məclisin sədri Oqtay Əsədov da Çinə rəsmi səfər edəcək.

O.Əsədovun Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Çjanşunun dəvəti ilə Pekinə bu gün gedəcəyi bildirilir.

Səfər 23 iyuna qədər davam edəcək.









Redaktorun seçimi