Azərbaycan Silahlı Qüvvələri hərbi parad üçün məşqlər keçirir

243 dəfə oxunub
Azərbaycan Silahlı Qüvvələri hərbi parad üçün məşqlər keçirir
Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir. Hərbi parad iyunun 26-da Bakının “Azadlıq” meydanında keçiriləcək. Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib. Bəsti İsrafilova Faktor.az


loading...
loading...

Redaktorun seçimi