SON DƏQİQƏ: Göyçaylılar bu xəbəri gözləyirdi - Prezidentdən 3 milyonluq SƏRƏNCAM

2235 dəfə oxunub
SON DƏQİQƏ: Göyçaylılar bu xəbəri gözləyirdi - Prezidentdən 3 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.



Redaktorun seçimi