Qida Təhlükəsizliyi Agentliyi sədrinə yeni müşavir təyin olunub

269 dəfə oxunub
Qida Təhlükəsizliyi Agentliyi sədrinə yeni müşavir təyin olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

Faktor.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin əmri ilə  Elxan Mikayılov müşavir vəzifəsinə təyin olunub.

E.Mikayılov bundan əvvəl Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıb.

Daha əvvəl isə bir sıra beynəlxalq layihələrdə, eləcə də İsveçərinin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO), İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.

Faktor.az


loading...
loading...

Redaktorun seçimi