Ən yaxşı tank bölüyü komandiri adı uğrunda yarış keçirilir - VİDEO

220 dəfə oxunub
Ən yaxşı tank bölüyü komandiri adı uğrunda yarış keçirilir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü komandiri” adı uğrunda yarış keçirilir.

Nazirliyin mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, yarışda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edirlər.

Nəticələrə əsasən ən yaxşı tank bölüyü komandiri müəyyən olunacaq.

Faktor.az



Redaktorun seçimi