Heydər Əliyev məzun oldu - FOTOLAR - VİDEO

Hit: 4285
Heydər Əliyev məzun oldu - FOTOLAR - VİDEO
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı “ADA” Universitetindən məzun olub.
 
Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün “ADA”dan məzun olanlar üçün tədbir keçirilib.
 
 Tədbirdə H.Əliyevin valideynləri – Pezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib.
 
Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb.
 
Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq “ADA” Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.
 
Sosial şəbəkələrdə prezidentin tələbələr qarşısında çıxışını əks etdirən görüntülər yayılıb.
 
Onlardan birini təqdim edirik:
 
 
 
 








Redaktorun seçimi